İcbari sığorta üzrə daxilolmalar 11% azalıb

İcbari sığorta üzrə daxilolmalar 11% azalıb
# 02 noyabr 2015 06:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 80 880 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 12 808-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,6 mln. manat təşkil edib.

2014-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 11% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR