“Azəri-Türk Bank”ın rəhbərliyində və səhm bölgüsündə dəyişiklik olub

“Azəri-Türk Bank”ın rəhbərliyində və səhm bölgüsündə dəyişiklik olub
# 09 dekabr 2014 12:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azəri-Türk Bank” ASC-nin rəhbərliyində və səhmlərinin strukturunda dəyişiklik baş verib.

APA-Economics”in bankın rəsmi saytına istinadən verdiyi xəbərə görə, 44 mln. 223,659 min manat olan nizamnamə kapitalının 85%-i Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə, 14%-i Türkiyə Dövləti Ziraat Bankına, 1%-i isə “Ziraat Bank İnernational AG”-yə (Almaniya) məxsusdur.

Səhmlərin strukturu ilə yanaşı, bankın rəhbərliyində də dəyişiklik olub. Belə ki, bankın İdarə Heyəti 3 nəfərdən ibarət olmaqla yenidən formalaşdırılıb. İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib. Bundan başqa, Fərhad Adıgözəlov və Rumiyyə Məmmədova İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, bundan əvvəl bankın İdarə Heyətinin sədri vəzifəsini Fərhad Adıgözəlov, Müştəri xidmətləri departamentinin direktoru Zaur Kələşov və Maliyyə menecmenti departamentinin direktoru Pərvanə Məmmədova isə İdarə Heyətinin üzvü vəzifələrini icra edib.

Bankın Müşahidə Şurasının strukturu isə bu cür formalaşıb: sədr - Famil İsmayılov, üzvləri - Samir Nəsibov və Müğdət İsmayılov.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR