Nazir: “Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artımı heç bir qıtlığa və qiymət artımına səbəb olmayacaq”

Nazir: “Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artımı heç bir qıtlığa və qiymət artımına səbəb olmayacaq”
# 01 oktyabr 2014 12:52 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Azərbaycandan Rusiyaya kənd təsərrüfatı mallarının ixracının həcminin artımı ölkəmizdə heç bir qıtlığa və ya qiymət artımına səbəb olmayacaq”.

APA-Economics”in xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

“Azərbaycan quş əti ilə özünü keçən ildən etibarən təmin etməyə başlayıb. İqtisadiyyat və Sənaye Nazirliyi bu sahəyə böyük vəsait yönəldib. Quşçuluq üzrə bir neçə layihələr reallaşmaq üzrədir”, - deyə nazir bildirib.

Taxıl istehsalında keçən illə müqayisədə azalma olduğunu etiraf edən H. Əsədov, bunun səbəbini bu il Azərbaycanda quraq iqlimin hakim olması ilə əlaqələndirib. Nazir bildirib ki, quraqlığa daha davamlı toxumların ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR