Azərbaycan kənd təsərrüfatı istehsalını yanvarda 5% artırıb

Azərbaycan kənd təsərrüfatı istehsalını yanvarda 5% artırıb
# 16 fevral 2013 13:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu ötən ilin analoji dövrü ilə müqayisədə 4,5% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ölkədə kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 35,5 min ton diri çəkidə ət, 129,8 min ton süd, 111,2 mln. ədəd yumurta və 2 570 ton tərəvəz istehsal edilib.

«2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,3%, süd istehsalı 5%, yumurta istehsalı 20,3%, tərəvəz istehsalı 10,2%, kənd təsərrüfatının ümumi məhsulu isə 4,5% artıb», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR