Salyan rayon xəstəxanasında bir gündə 4 nəfər it dişləməsindən yardım alıb

Salyan rayon xəstəxanasında bir gündə 4 nəfər it dişləməsindən yardım alıb
# 11 iyul 2016 21:33 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Bir gün ərzində 4 nəfər Salyan rayon xəstəxanasına it dişləməsi xəsarəti ilə müraciət edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon xəstəxanasına 60 yaşlı Neftçala sakini, eyni zamanda 59, 3 və 16 yaşlı Salyan sakinləri it dişləmə xəsarətləri ilə rayon xəstəxanasına müraciət ediblər.

Dörd nəfərin hər birinə quduzluq əleyhinə vaksin vurulub. Yardım aldıqdan sonra həmin şəxslər evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR