Dünya bazarında qızıl 4 dollaradək ucuzlaşıb

Dünya bazarında qızıl 4 dollaradək ucuzlaşıb
# 07 may 2015 06:23 (UTC +04:00)

Bakı - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,48% - 17 841,98 bəndədək, S&P 500 0,45% - 2 080,15 bəndədək, NASDAQ 0,40% - 4 919,65 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% - 6 933,74 bəndədək, Fransa CAC-40-ı 0,15% - 4 981,59 bəndədək, Almaniya DAX-ı 0,20% - 11 350,15 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,97% - 19 342,98 bəndədək, Hang Seng 0,57% - 27 482,37 bəndədək, Shanghai 1,41% - 4 169,64 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 3,40 dollar azalaraq 1 186,90 dollara, gümüş isə 0,43 dollar ucuzlaşaraq 16,43 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR