Rafael Benites “Real” klubu ilə 3 illik müqavilə imzalayıb

Rafael Benites “Real” klubu ilə 3 illik müqavilə imzalayıb
# 02 iyun 2015 12:14 (UTC +04:00)

Bakı – APA. Rafael Benites rəsmən Madrid “Real”ının baş məşqçisi təyin olunub. Apasport.az saytı xəbər verir ki, “kral klubu” təcrübəli çalışdırıcı ilə 3 illik müqavilə imzalayıb.

Razılaşmaya əsasən, Benites yeni komandasında bir ilə təxminən 4 milyon avro məvacib alacaq.

O, “Real”ın baş məşqçisi kimi, ictimaiyyətə sabah təqdim ediləcək.

Qeyd edək ki, Madrid klubu 55 yaşlı məşqçi üçün heç də yad yer deyil. Məşqçilik karyerasına məhz “Real”ın B komandasında başlayan Benites sonrakı illərdə “Valensiya”, “Liverpul”, “İnter” və “Çelsi” kimi klubları çalışdırıb. İspaniyalı mütəxəssis “Real”a gəlməmişdən öncə isə 2 il müddətində “Napoli”yə başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR