Ümumdünya Poçt İttifaqı azərbaycanlı məktəblilər arasında müsabiqə keçirir

Ümumdünya Poçt İttifaqı azərbaycanlı məktəblilər arasında müsabiqə keçirir
# 24 noyabr 2014 11:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ənənəvi olaraq bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.

Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan adından ÜPİ-nin mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, bununla əlaqədar olaraq 3 (üç) mövzu üzrə inşa müsabiqəsinə start verilib: birinci mövzu ÜPİ, ikinci mövzu “Azərpoçt” MMC, üçüncü mövzu isə Təhsil Nazirliyi tərəfindən təklif edilib. Müsabiqənin mövzularına “Kiməsə məktub yaz və izah et: Sən hansı bir dünyada böyümək istəyərdin? (15 yaşa qədər olan məktəblilər)”, “Biz o torpaqlara qayıdacağıq! (İlham Əliyev)”, “Xalq qəhrəmanları ilə tanınır” daxildir”.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 800 sözdən artıq olmamalıdır.

Qaliblər üçün təyin edilmiş pul mükafatları:

1-ci yer – 3 nəfər – hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər)

2-ci yer – 6 nəfər – hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər)

3-cü yer – 9 nəfər – hər biri 80 manat (hər bir mövzu üzrə 3 nəfər)

Həvəsləndirici - 12 nəfər – hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər)

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən hər bir şagird inşa yazısını iştirakçı vərəqi ilə birlikdə 2015-ci il, martın 1-dək “Azərpoçt” MMC-yə (Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36) göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR