İlyas İsmayılov və Rasim Musabəyov yenə də deputat seçilməyə qərar veriblər

İlyas İsmayılov və Rasim Musabəyov yenə də deputat seçilməyə qərar veriblər
# 22 avqust 2015 09:38 (UTC +04:00)

İ. İsmayılov APA-ya açıqlamasında bildirib ki, rəhbərlik etdiyi Ədalət Partiyasında qərar verilib və o namizədliyini yenidən irəli sürəcək.

R. Musabəyov da APA-ya yenidən deputat olmaq arzusunda olduğunu və növbəti seçkilərdə də namizəd olacağını açıqlayıb. Qeyd edək ki, İ. İsmayılov artıq üç çağırışdır ki, parlamentin deputatıdır. O hazırda 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini Milli Məclisdə təmsil edir. R. Musabəyov isə 2010-cu ildə 18 saylı Nərimanov - Nizami seçki dairəsindən deputat seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR