Pakistanın nüfuzlu “Diplomatic Star” jurnalında 31 mart soyqırımı ilə bağlı məqalə dərc edilib

Pakistanın nüfuzlu “Diplomatic Star” jurnalında 31 mart soyqırımı ilə bağlı məqalə dərc edilib
# 29 mart 2013 08:17 (UTC +04:00)

Bakı - APA. Pakistanın nüfuzlu “Diplomatic Star” jurnalının 29 mart saylı buraxılışında “31 mart 1918-ci ilin Qanlı Yaddaşı” adlı məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycan xalqının hər ilin 31 mart tarixində XX əsrdə baş vermiş faciəli hadisələri yad etdiyi və həmin gün azərbaycanlıların soyqırımı kimi qeyd olunduğu vurğulanıb.

Bildirilib ki, əsrlər boyu böyük Ermənistan xülyası ilə yaşayan erməni şovinistləri öz məkrli niyyətlərinə çatmaq üçün bütün vasitələrə əl atıb, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törədiblər.

Jurnalda Azərbaycan tarixinə ekskurs edilərək, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra rus imperatorunun fərmanına əsasən İrəvandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü vurğulanıb. Daha sonra 1918-ci ildən başlayaraq erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insanı qəddarcasına öldürdükləri, həmin ərazilərdə yüzlərlə kəndləri yer üzündən sildikləri qeyd olunub. Oxucuların nəzərinə çatdırılıb ki, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana torpaq iddialarından əl çəkməyiblər.

“Diplomatic Star”ın məqaləsində İkinci Dünya müharibəsindən sonra Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana yüz minlərlə ermənilərin köçürüldüyü qeyd olunub. Bildirilib ki, həmin köçkünlərin yerləşdirilməsində çətinlik çəkdikləri bəhanəsi ilə Ermənistan rəhbərliyi 1947-ci ildə on minlərlə azərbaycanlının öz ata-baba torpaqlarından Azərbaycanın müxtəlif bölgələrinə köçürülməsinə nail olub. Daha sonra Ermənistanın apardığı işğalçı siyasət nəticəsində Azərbaycanın 20% torpaqlarının işğala məruz qaldığı, 30 mindən çox insanın həyatına son qoyulduğu, bir milyon insanın isə qaçqın həyatı yaşadığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR