Vergilər naziri Şabranda vətəndaşları qəbul edəcək

Vergilər naziri Şabranda vətəndaşları qəbul edəcək
# 18 may 2015 08:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin may ayında respublikanın şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 22-də vergilər naziri Fazil Məmmədov Şabran rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H. Əliyev prospekti 121) Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 3 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Şahin Abbasov, əlaqə telefonu: (023) 335-36-07, mobil (050) 337-30-40), Şabran rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Rəşid Şükürov, əlaqə telefonu: (023) 353-28-32, mobil (050) 254-43-79), Xaçmaz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Bəhruz Vəlibəyov, əlaqə telefonu: (023) 325-08-09, mobil (050) 254-43-77), Qusar rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Xalis Babayev, əlaqə telefonu: (023) 385-39-46, mobil (050) 254-43-72) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR