Bu gün “Apasport” İdman Agentliyinin 6 yaşı tamam olur

Bu gün “Apasport” İdman Agentliyinin 6 yaşı tamam olur
# 05 mart 2013 07:50 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün 6 yaşını qeyd edən “Apasport” Azərbaycanın ilk və yeganə idman agentliyidir. Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan “Apasport” fəaliyyətə başladığı ildə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. “Apasport” Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.


Agentliyin saytında təkcə Azərbaycanda deyil, ölkədən kənarda da təşkil olunan önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir.

Bundan başqa, xeyli sayda abunəçisi olan “Apasport”un gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

“Apasport.az” Azərbaycanda ən reytinqli, ən çox oxunan saytlardan biridir.

Həmkarlarımızı ad günü münasibətilə təbrik edir, daha böyük uğurlar, daha uca zirvələr arzulayırıq!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR