Barak Obama: “ABŞ İranın uranın zənginləşdirilməsi həcmini yüksəltməsinə də icazə verməyəcək”

Barak Obama: “ABŞ İranın uranın zənginləşdirilməsi həcmini yüksəltməsinə də icazə verməyəcək”
# 10 mart 2013 18:37 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “ABŞ heç vaxt İranın nüvə dövlətinə çevrilməsinə icazə verməyəcək”.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton nəinki İranın nüvə silahına sahib olmasına, hətta uranın zənginləşdirilməsi həcmini yüksəltməsinə icazə verməyəcək. B. Obama deyib ki, ABŞ İrana qarşı daha sərt cəbhənin yaranmasının tərəfdarıdır: “Ancaq bununla belə, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həlli üçün hələlik diplomatik qapılar bağlanmayıb. Problemin müzakirələr yolu ilə nizamlanmasına şərait var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR