Əfqanıstanda aeroportda avtomobil partladılıb, 4 nəfər ölüb, 15 nəfər yaralanıb

Əfqanıstanda aeroportda avtomobil partladılıb, 4 nəfər ölüb, 15 nəfər yaralanıb
# 10 avqust 2015 14:42 (UTC +04:00)

Bakı - APA. Kabil aeroportunun girişində terrorçu-kamikadze avtomobil partladıb.

APA-nın “CNN”ə istinadən verdiyi xəbərə görə, nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan biri uşaqdır. Partlayışa görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, ötən həftə Əfqanıstanda baş vermiş 3 partlayış nəticəsində 50-dən çox insan ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR