Cavid Qurbanov Ukraynanın energetika nazirinin müşaviri ilə görüşüb - FOTO

Cavid Qurbanov Ukraynanın energetika nazirinin müşaviri ilə görüşüb - <span style="color: red;">FOTO
# 15 sentyabr 2015 15:26 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və Ukraynanın energetika nazirinin müşaviri İqor Ruban ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə Cavid Qurbanov reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

İkitərəfli görüşdə Ukrayna və Azərbaycan ölkələrinin dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri, Ukraynaya Azərbaycan üzərindən tranzit potensialının artırılması məsələləri müzakirə olunub. Ukraynanın Azərbaycandakı səfiri və Ukraynanın energetika nazirinin müşaviri çıxış “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR