Nazir: Qurban bayramından sonra istifadə olunmayan torpaqlara dair hökumətin qərarı Nazirlər Kabinetinə təqdim olunacaq

Nazir: Qurban bayramından sonra istifadə olunmayan torpaqlara dair hökumətin qərarı Nazirlər Kabinetinə təqdim olunacaq
# 23 sentyabr 2015 16:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “İstifadə olunmamış torpaqlardan 4 nazirliyin müsbət rəyinin hazırlanmış variantını artıq almışıq”.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib.

“Yalnız Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu günlərdə rəy təqdim olunacaq. Bayramdan sonrakı həftə ərzində istifadə olunmayan torpaqlara dair hökumətin qərarı artıq Nazirlər Kabinetinə təqdim olunacaq”, - deyə nazir vurğulayıb.

H.Əsədov zəbt olunmuş torpaqlarla bağlı da qanunun artıq Milli Məclisə təqdim edildiyini əlavə edib və bildirib ki, yaxın günlərdə müzakirəsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR