Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinə müsabiqə və müsahibə elan edilib

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinə müsabiqə və müsahibə elan edilib
# 16 aprel 2013 07:47 (UTC +04:00)

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 380-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 162-si isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 28-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 5-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında və Azərbaycan dili üzrə bilikləri 15, qanunvericilik sahəsində bilikləri 40, informasiya texnologiyaları sahəsində bilikləri 15, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri isə 30 test tapşırığı ilə yoxlanacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Dövlət Statistika Komitəsinin (78 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (73 yer), Sənaye və Energetika Nazirliyinin (60 yer), məhkəmə hakimiyyəti orqanları üzrə isə Bakı Apellyasiya Məhkəməsi (13 yer) və Şirvan Apellyasiya Məhkəməsinin (10 yer) payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR