Bakıda yaşayış evi yanıb.
Daxili İşlər Nazirliyinin mətbiat xidmətindən APA-yaverilən məlumata görə, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.