Azərbaycan Qadınlarının İKT Klubu yaradılıb - FOTO

Azərbaycan Qadınlarının İKT Klubu yaradılıb - <span style="color: red;">FOTO
# 03 dekabr 2014 16:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum - Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / "FEMMES DIGITALES") yaradılıb.

Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir. Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə və praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların və qızların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya və kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.

Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ASAN Xidmət, “Microsoft”, “HP”, “Bakcell”, "Azerfon", ITECA və digər şirkətlərdə çalışan qadınlar təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR