Efiopiyada Afrika Birliyinin sammiti başlayır

Efiopiyada Afrika Birliyinin sammiti başlayır
# 27 yanvar 2013 05:20 (UTC +04:00)

Bakı-APA. Yanvarın 27-28-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika Birliyi Assambleyasının zirvə toplantısı keçiriləcək. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, sammitdə əsas diqqət Malidəki böhrana, Sudan və Cənubi Sudan arasında münasibətlərin gərginləşməsinə, Konqodakı vəziyyətə yönəldiləcək.

Xatırladaq ki, bir qədər əvvəl Afrika Birliyi rəhbərliyi Malidəki sülhməramlı əməliyyatının miqyasını genişləndirmək niyyətində olduğunu bəyan edib və üzv ölkələri gələn həftə Maliyə əlavə qüvvələr göndərməyə çağırıb.

Bundan başqa, Afrika Birliyi BMT-dan qoşunları Malinin şimalına çatdırılmasına yardım göstərilməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR