Etibar Əliyev: "Bank Technique"in rəhbərliyi və səhmdarlarının strukturu yenidən formalaşacaq

Etibar Əliyev: "Bank Technique"in rəhbərliyi və səhmdarlarının strukturu yenidən formalaşacaq
# 27 oktyabr 2015 11:37 (UTC +04:00)

Bu barədə "APA-Economics"ə E. Əliyev özü məlumat verib.

E. Əliyev qeyd edib ki, Müşahidə Şurasının sədri qismində vəzifəsinin icrasına bu gündən başlayıb.

Sədr qeyd edib ki, Müşahidə Şurası və İdarə Heyəti onun rəhbərliyi altında yenidən formalaşdırılacaq.

Bununla yanaşı, E. Əliyev bildirib ki, səhmdarların tərkibinin dəyişəcəyi də qaçılmazdır.

Xatırladaq ki, E. Əliyev banka rəhbərlik etdiyi dönəmdə maliyyə təşkilatının adı "Texnikabank" olub. 2012-ci ilin mart ayında E. Əliyev bankdan kənarlaşdırılıb. Bundan sonra bankda rebrendinq aparılıb və "Bank Technique" kimi fəaliyyət göstərməyə başlayıb.

Qeyd edək ki, E. Əliyevin "Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri təyin olunması ilə bağlı xəbəri ilk olaraq "Qafqazinfo" xəbər saytı dərc edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR