Nazir müavininin və həyat yoldaşının yaralanmasına, iki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Nazir müavininin və həyat yoldaşının yaralanmasına, iki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub
# 14 aprel 2015 14:33 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Tural Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "Jiquli" qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Qeyd edək ki, F. Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR