Solomon adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ olub

Solomon adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ olub
# 08 fevral 2013 03:20 (UTC +04:00)

Bakı-APA. Solomon adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın Geoloji Xidməti yeraltı təkanları 10 km dərinlikdə qeydə alıb. Zəlzələnin episentri Lata şəhərindən 36 km cənub qərbində qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Xatırladaq ki, fevralın 6-da bu ərazidə baş vermiş 8 bal gücündə zəlzələ nəticəsində sunami olub. Təbii fəlakət nəticəsində beş nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR