Biləsuvarda 3 otaqlı ev, Sumqayıtda isə yaşayış binasında elektrik lövhəsi yanıb

Biləsuvarda 3 otaqlı ev, Sumqayıtda isə yaşayış binasında elektrik lövhəsi yanıb
# 20 avqust 2014 03:58 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Biləsuvar və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Ağalıq kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus umumi sahəsi 171 kv.m 3 otaq və aynabənddən ibarət evdə yanğın baş verib. Nəticədə, evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında baş verib. Binanın 4-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsində baş vermiş yanğın nəticəsində 1 ədəd elektrik sayğacı və 2 p.m elektrik kabeli yanıb. Doqquz ədəd elektrik sayğacı yanğından muhafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR