Prezident İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub - FOTO - VİDEO

Prezident İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 avqust 2014 15:01 (UTC +04:00)

APA – nın məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, bu inzibati bina 1979-cu ildə tikilib və o vaxtdan əsaslı təmir edilməyib. Beşmərtəbəli binada aparılan yenidənqurma işləri zamanı fasad tamamilə yenilənib. Əvvəllər ümumi sahəsi 2500 kv.m olan binanın ərazisi genişləndirilərək 2875 kv. m-ə çatdırılıb.

Prezident İlham Əliyev vətəndaşların qəbulu otağında yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı icra hakimiyyəti binasının qarşısında yaradılan parka baxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR