Argentinalı professor: “Dağlıq Qarabağ erməniləri etnik azlıqdır”

Argentinalı professor: “Dağlıq Qarabağ erməniləri etnik azlıqdır”
# 19 avqust 2015 10:07 (UTC +04:00)

APA-nın mәlumatına görә, bu sözlәri Argentina Beynәlxalq Hüquq İnstitutunun üzvü, Cenevrәdә yerlәşәn Beynәlxalq vә İnkişaf üzrә Tәdqiqatlar İnstitutunun professoru Marselo Kohen Azәrbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mәrkәzindә çıxışı zamanı deyib.

M. Kohen bildirib ki, beynəlxalq hüquq baxımından “Dağlıq Qarabağ xalqı” deyilәn mәhfum yoxdur: “Ermәnilәr Dağlıq Qarabağda yaşayan etnik azlıqdırlar. Onların öz dillərini, adәt-әnәnәlәri qoruyub saxlamaq kimi azlıq hüquqları var. Onlar suverenliyi tәyin edә bilmәzlәr”.

M. Kohen tədbirdə Britaniya ilә Argentina arasında Malvina-Folklend adaları әtrafında münaqişә mәsәlәsi barәdә mәruzә edib. O, digәr münaqişәlәrdә olduğu kimi, bu münaqişәnin dә güclә hüquq arasında münaqişә olduğunu deyib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR