Mərkəzi Bank: İslam bankçılığının perspektivini, ona olan tələbatı və iqtisadi effektivliyini müəyyən etmək üçün məsləhətləşmələr aparırıq

Mərkəzi Bank: İslam bankçılığının perspektivini, ona olan tələbatı və iqtisadi effektivliyini müəyyən etmək üçün məsləhətləşmələr aparırıq
# 02 iyun 2015 08:55 (UTC +04:00)

Bakı - APA-Economics. İslam bankçılığına son zamanlar maraq yalnız müsəlman ölkələrində deyil, həmçinin Qərb ölkələrində də artmağa başlayıb.

APA-Economics” xəbər verir ki, bunu “The Business Year” jurnalına müsahibəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

“Ənənəvi bankçılıqdan fərqli olaraq, İslam bankçılığının tətbiqi üçün xüsusi normativ-hüquqi baza lazımdır. Məhz buna görə, bir çox ölkələr hələ də İslam bankçılığının reallaşdırılmasına nail ola bilməyib. İslam bankçılığının normativ-hüquqi bazasında vahid prinsip yoxdur. Çünki İslam bankçılığı məhsulları fərdi yanaşma tələb edir və buna adaptasiya olunmaq lazımdır”, - deyə E. Rüstəmov qeyd edib.

Baş bankirin sözlərinə görə, Azərbaycanda İslam bankçılığının tətbiqi üçün bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir, xarici ekspert və tərəfdaşlarla məsləhətləşmələr aparılır.

“Əsas məqsədimiz İslam bankçılığının perspektivini, ona olan tələbatı və iqtisadi effektivliyini müəyyən etməkdir”, - deyə E. Rüstəmov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR