Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq tibb müəssisələrinin adları açıqlanıb

Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq tibb müəssisələrinin adları açıqlanıb
# 27 oktyabr 2015 10:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Elmi tədqiqat institutlarında, tibb mərkəzlərində, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Respublika Perinetal Mərkəzində və s. yerlərdə Səhiyyə Nazirliyi tərəfindən psixoloq ştatı açılacaq və klinik psixoloqlar fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu müəssisələrdə psixoloqların fəaliyyət göstərməsi ilə müalicəyə müasir və hərtərəfli yanaşma həyata keçiriləcək.

Oktabrın 20-də səhiyyə naziri Oqtay Şirəliyev bununla bağlı 86 saylı əmr imzalayıb. Əmrə əsasən ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcək: “Adətən psixiatr və psixoloq peşələri qarışıq salınır. Psixiatriya və psixologiya ayrı-ayrı ixtisas sahələri olub pasiyentlərə yanaşma istiqamətlərinə görə bir-birlərindən fərqlənirlər. Psixiatr həkimdir, onlar psixi pozuntuların bioloji aspektlərinə daha çox önəm verərək psixofarmakoterapiyadan istifadə edirlər. Lakin həmin xəstələrin digər problemləri də ola bilər. Psixoloq fəaliyyətinin digər aspektlərindən biri də burada bəzi diaqnostik alətlərin və instrumentlərin mövcudluğudur ki, bunlar başqa sahələrdə yoxdur. Bu alətlər yalnız diaqnoz qoymaq üçün istifadə edilmir. Onlar eyni zamanda pozuntunun ağırlıq dərəcəsini, həyat keyfiyyətlərini, adaptasiya səviyyəsini, şəxsi xüsusiyyətlərini, qabiliyyətləri və s. qiymətləndirir. Bu səbəbdən sağlam insanların işə yararlılığının qiymətləndirilməsi, çağırışçıların hərbi-tibbi ekspertizası və ya məhkəmə ekspertizası zamanı psixoloqların rolu əvəzsiz ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR