Ombudsman 2014-cü ilin “Əlilliyi olan insanlar ili” elan edilməsini təklif edib

Ombudsman 2014-cü ilin “Əlilliyi olan insanlar ili” elan edilməsini təklif edib
# 04 mart 2013 11:00 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova 2014-cü ilin “Əlilliyi olan insanlar ili” elan edilməsini təklif edib. APA-nın xəbərinə görə, ombudsman bu təkliflə 2012-ci ilin yekunlarına dair illik məruzəsində çıxış edib.

E. Süleymanovanın əlillərə yönəlik təklifləri sırasında yeni doğulmuş uşaqlarda eşitmə azlığının əhatəli müayinə, müalicə və reabilitasiyanın təşkil edilməsi, dövlət ali və orta ixtisas təhsli müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi əlillərinin və onların övladlarının təhsil haqqının ödənilməsindən azad edilməsi, ictimai nəqliyyatın, metro və tunel keçidlərinin, yol ayrıclarında quraşdırılmış işıqforların səsli siqnallarının hərəkətin sərbəstləşdirilməsinə dair standartlara uyğunlaşdırılması, ictimai yerlərdə, təhsil müəssisələrində əlillər üçün pandusların quraşdırılması, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə komplekslərinin və rebilitasiya mərkəzlərinin yaradılması və s. yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR