Azərbaycan ilk dəfə “WorldStar Contest” musiqi festivalında təmsil olunacaq - FOTO

Azərbaycan ilk dəfə “WorldStar Contest” musiqi festivalında təmsil olunacaq  - <span style="color: red;">FOTO
# 07 fevral 2013 09:55 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Aprelin 8-dən 10-a kimi Moldovanın paytaxtı Kişinyov şəhərində dünyanın ən böyük prodüser mərkəzlərindən olan “Maximum Concert Company”nin təşkilatçılığı ilə “WorldStar Contest” musiqi festivalı keçiriləcək. Dünya mediasının və musiqi sferasının diqqət mərkəzində olacaq festivalda 25 ölkədən gənc ifaçılar çıxış edəcəklər. Azərbaycanı bu mötəbər müsabiqədə kimin təmsil edəcəyi fevralın 20-də bəlli olacaq. Bu barədə APA-ya məlumatı WorlStar Azərbaycanın direktoru Hüseyn Cavadzadə məlumat verib: “Bizim bu yarışmada iştirakımız ilk dəfədir və bu siyasətdən uzaq sırf sənət yarışmasıdır. Bizi yarışmada təmsil edəcək iştirakçını da hələlik adlarını gizli saxladığımız münsiflər heyəti seçəcək. Onu da qeyd edim ki, final mərhələsində də qalibi dünya ulduzlarından olan münsiflər təyin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR