Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub
# 17 iyul 2015 14:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakıda avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 14-də F. Şahverənova, R. İsrafilova, Z.Zalıyevə və E. Hüseynova məxsus avtomobillərdən akkumlyator oğurlamış Bakı şəhər sakini Cümşüd Əliyev iyulun 15-də Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun üstünə baxış zamanı isə 5,387 qram tiryək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR