“Moskva” ticarət mərkəzində oğurluq edən Gürcüstan vətəndaşları tutulub

“Moskva” ticarət mərkəzində oğurluq edən Gürcüstan vətəndaşları tutulub
# 03 mart 2015 09:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR