Türkiyə Silahlı Qüvvələrinin III korpusunun komandiri həbs edilib

Türkiyə Silahlı Qüvvələrinin III korpusunun komandiri həbs edilib
# 16 iyul 2016 19:04 (UTC +04:00)

Bakı-APA. Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin III korpusunun komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.

Hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Bursanın İnəgöl rayonunda saxlanılıb.

Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs ediliblər.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR