Qüdsi Osmanov: “Yeni təyin olunduğum vəzifə Azərbaycan Prezidentinin mənə göstərdiyi böyük etimaddır”

Qüdsi Osmanov: “Yeni təyin olunduğum vəzifə Azərbaycan Prezidentinin mənə göstərdiyi böyük etimaddır”
# 23 aprel 2013 11:18 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfirin müavini vəzifəsinə yeni təyinat almış Qüdsi Osmanov deyib.

Diplomat bildirib ki, o, 1988-ci ildə Rusiyada təhsil alıb, daha sonra bu ölkədə 7 ilə yaxın fəxri konsul, 8 ilə yaxın isə Sankt Peterbuqrda baş konsul vəzifəsində çalışıb: “Bu, böyük təcrübədir. Mən 5 il bundan əvvəl məhz səfir Polad Bülbüloğlunun xüsusi tapşırığı ilə Rusiyanın 60-a yaxın regionunda oldum, o regionların qubernatorları, Federal Miqrasiya Xidməti, hüquq-mühafizə orqanları rəhbərləri, həm də orada yaşayan fəal azərbaycanlılarla görüşdüm. Yəni Rusiyanı yaxşı tanıyan, burda iş təcrübəsi olan adam kimi yeni təyinatımın da bu ölkə ilə bağlı olması məni sevindirdi”.

Q. Osmanov bildirib ki, onun səfir Polad Bülbüloğlu ilə çox illər əvvələ dayanan tanışlıq münasibəti var: “Polad müəllimlə münasibətimiz çox istidir. Hələ 1994-95-ci illərdə Polad Bülbüloğlu mədəniyyət naziri vəzifəsində çalışarkən Sankt-Peterburqa Nizami Gəncəvinin heykəli ucaldıldığı zamanlar biz bir yerdə işləmişik. Daha sonra o, Rusiyaya səfir təyin oldu və mən baş konsul kimi onun tapşırıqlarını yerinə yetirirdim. Əvvəl də qeyd etdiyim kimi, məhz Polad müəllimin tapşırığı ilə Rusiyanın 60 regionunda görüşlər keçirmişəm və həmin görüşlərdə həm də Polad Bülbüloğlunun Rusiyada böyük nüfuza malik olmasının, qəbul edilməsinin şahidi olmuşam. Rusiya ictimaiyyətinin, rəsmilərinin ona böyük hörməti var. Bundan əlavə, Polad Bülbüloğlu həm də təcrübəli şəxsdir. Ona görə də ondan həm də öyrənmək imkanlarım olacaq”.

Diplomat qeyd edib ki, o da fəaliyyətində Rusiya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə çalışacaq, bu istiqamətdə verilmiş tapşırıqları yerinə yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR