BFB-da “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin yerləşdirilməsinə başlanılır

BFB-da “Azərbaycan Beynəlxalq Bankı”nın səhmlərinin yerləşdirilməsinə başlanılır
# 29 mart 2015 09:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Bakı Fond Birjasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq.


Birjadan “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 100 000 000,17 manat, bir səhmin nominal dəyəri 0,27 manat təşkil edir.


Yerləşdirmədə anderrayter kimi “İnterneyşnl Tranzakşn Sistem" MMC çıxış edəcək.

Hal-hazırda bankın nizamnamə kapitalı 590 mln. 192,32 min manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 16,95% artaraq 690 000 192,59 manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR