Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb
# 10 oktyabr 2014 12:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, oktyabrın 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 114 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 160 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla, ongünlük normanın 135 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici 152 m3/s təşkil edərək ongünlük normanın 159 faizinə bərabər olub.

Oktyabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 16, Salyanda 19, Araz çayının Novruzlu məntəqəsində 15 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm, Şirvanda 167 sm, Salyanda 124 sm, Bankədə 175 sm, Araz çayının Novruzlu məntəqəsində isə 55 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR