Bakıda qadını motosikletlə vuran şəxs tutulub

Bakıda qadını motosikletlə vuran şəxs tutulub
# 05 mart 2013 12:07 (UTC +04:00)

Bakı-APA. Martın 3-də Bakının Nəsimi rayonunda motosikletlə qadını vurmuş şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Fəridə Bayramovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Yava" markalı motosikletin sürücüsü, Bakı şəhər sakini Səxavət Babayev müəyyən edilib. S.Babayev tutularaq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR