TBMM sədrinin seçkisində ilk turun nəticələri bəlli olub

TBMM sədrinin seçkisində ilk turun nəticələri bəlli olub
# 30 iyun 2015 15:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmət Yılmaz 256, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizəd Dəniz Baykal 125, Milliyyətçi Hərəkat Partiyasının namizədi (MHP) Ekmələddin İhsanoğlu və Xalqların Demokratiya Partiyasından (HDP) Dengir Mir Mehmet Fırat hərəsi 81 səs alıblar.

Heç bir namizəd 367 səs toplaya bilmədiyindən 2-ci tur keçiriləcək. İkinci turda da seçilmək üçün 367 səs tələb olunur. Bu turda da qalib müəyyənləşməsə, iyulun 1-də 3-cü və ehtiyac yaranarsa, 4-cü turlar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR