DBNX rəis müavini Sabirabad rayonunun "nodulyar dermatit" virus xəstəliyi baş vermiş təsərrüfatlarında olub

 DBNX rəis müavini Sabirabad rayonunun "nodulyar dermatit" virus xəstəliyi baş vermiş təsərrüfatlarında olub
# 30 oktyabr 2014 11:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Azər Süleymanov Sabirabad rayonunun "nodulyar dermatit" virus xəstəliyi baş vermiş təsərrüfatlarında olub.

DBNX-nın mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, rəis müavinin rəhbərliyi altında xəstəliyə yoluxub müalicə edilən və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçirilib. Eləcə də xidmət əməkdaşları xəstəlik qeydə alınan kəndlərdə dezinfeksiya işləri aparmaqla, heyvanlarda simptomatik müalicə tədbirlərini davam etdiriblər.

Rayonlara səfəri çərçivəsində DBNX rəis müavini yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşüb. Görüşdə bildirilib ki, "nodulyar dermatit" virus xəstəliyi baş verəndən bu günə kimi Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və xəstəliyə qarşı ciddi mübarizə aparılıb.O vurğulayıb ki, artıq xəstəliyin dinamikasında kəskin azalmalar müşahidə edilir.

Hazırda xidmət əməkdaşları xəstəlik qeydə alınan bölgələrdə monitorinqləri davam etdirir, xəstələrin sağalması ilə əlaqədar dəqiqləşmələr aparırlar. Həmçinin xəstəliyə qarşı bütün imkanlardan istifadə edilir.

Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR