İraqın mədəniyyət naziri: “İnanıram ki, Bakı forumu tarixi abidələrimizin dağıdılmasının qarşısının alınmasında rol oynayacaq”

İraqın mədəniyyət naziri: “İnanıram ki, Bakı forumu tarixi abidələrimizin dağıdılmasının qarşısının alınmasında rol oynayacaq”
# 19 may 2015 09:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən mədəniyyət nazirlərinin toplantısında İraqın mədəniyyət naziri Fryad Məhəmməd Həsən deyib.

Nazir bildirib ki, İraqdakı hadisələr dünya ictimaiyyətinin gözü qarşısında baş verir: “Biz mədəniyyətlərarası dialoqdan, mədəni müxtəliflikdən danışırıqsa, İraqda baş verən hadisələri diqqətdə saxlamalıyıq. İraqdakı hadisələrin, mədəniyyətə təcavüzün qarşısının alınmasında bu kimi forumların təcrübəsindən və imkanlarından istifadə etməliyik. Hər kəsə müraciət edirəm: qəti şəkildə addımlar atmalı, İraqı təcavüz məngənəsindən çıxarmalıyıq. Arzu edirəm ki, forum və burada müzakirə edilən məsələlər işğalın, qırğınların dayandırılmasında öz rolunu oynasın. Biz təcavüzə qarşı bir yerdə mübarizə aparmalıyıq. İnanıram ki, Bakı forumu İraqdakı tarixi abidələrin dağıdılmasının qarşısının alınmasında öz töhfəsini verəcək”.


Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə iraqlı nazirin çıxışına münasibət bildirərkən qeyd edib ki, çıxış çap olunaraq müxtəlif beynəlxalq təşkilatlara göndəriləcək: “Sizin dediyiniz məsələlər hamımızı narahat edir. Bu problem hamımızın problemidir. Biz beynəlxalq təşkilatlara müraciət edirik ki, tədbir görsünlər. Bu, ümumdünya mədəniyyət təşkilatları adından çağırışdır. İraqın mədəni irsi, abidələri qorunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR