Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində UNİCEF nümayəndələri ilə görüş keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində UNİCEF nümayəndələri ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 30 yanvar 2013 09:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində (ƏƏSMN) UNİCEF-lə birgə bu il həyata keçiriləcək layihələrlə bağlı görüş keçirilib.

APA-nın xəbərinə görə, görüş zamanı əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov bildirib ki, Azərbaycanda uşaqların müdafiəsi üçün bir sıra islahatlar həyata keçirilib.

Onun sözlərinə görə, hazırda bunlar ailələrə yönəlmiş sistemlər şəklinə salınıb: “Lakin düşünürük ki, konkret uşaqların müdafiəsinə yönəlmiş sosial layihələr həyata keçirilməlidir. Bu sahədə İsmayıllı və Quba rayonlarında pilot layihələr həyata keçirdik. Hazırda nazirliyin təşəbbüsü ilə başqa 6 rayonda bu cür layihələr həyata keçirilir”.

Görüş zamanı Azərbaycan prezidentinin sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan və yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi ilə bağlı sərəncamı da müzakirə edilib, sənədin icrası zamanı UNİCEF tərəfindən ekspert dəstəyinin göstərilməsi təklif edilib: “Sərəncamı əsas tutaraq uşaqların müdafiəsi ilə bağlı layihənin həyata keçirilməsi zamanı UNİCEF-in dəstəyi ilə başlanan bir sıra uğurla layihələr başlanğıc kimi istifadə ediləcək”.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, ƏƏSMN UNİCEF üçün Azərbaycanda çox gözəl partnyordur. Onun sözlərinə görə, uşaqlara layihələrin effektivliyi üçün uşaqlara birbaşa yardım göstərilməli, onların yaşadığı mühitə təsir edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR