Dövlət Sərhəd Xidmətinin rəisi Göytəpə şəhərində vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi Göytəpə şəhərində vətəndaşları qəbul edəcək
# 31 mart 2015 08:43 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev aprelin 15-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərini qəbul edəcək.

APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları aprel ayının 14-dək Dövlət Sərhəd Xidmətinin rəsmi saytında (www.dsx.gov.az) yerləşdirməlidirlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlamaq və ya Göytəpə Sərhəd Dəstəsinə müraciət etmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR