Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini Novruz bayramı münasibəti ilə təbrik edib

Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini Novruz bayramı münasibəti ilə təbrik edib
# 19 mart 2015 08:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətini Novruz bayramı münasibəti ilə təbrik edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təbrikdə qeyd olunur ki, xalqımız uzun illərdən bəri qoruyub saxladığı adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin təntənəsi olan Novruz bayramını - dövlət bayramı səviyyəsində qeyd edərək öz qədim tarixə malik keçmişinə hörmət və ehtiramını bildirir:

“Respublikamızda ordu quruculuğu, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi, qoşunların müasir silah və texnika ilə təmin olunması, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti gündən-günə artır. İnanıram ki, siz Azərbaycan Respublikasını Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edərək Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə üçrəngli dövlət bayrağımızı Şuşada, Xankəndində və işğal altında olan digər əzəli yurdumuzda dalğalandıracaqsınız. Hər birinizə, eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə bayram təbriklərimi çatdıraraq, sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR