Bakı-APA. Suriyanın Hələb əyalətində silahlı adamlar 2 keşişi oğurlayıblar. APA-nın Reyter-ə istinadən verdiyi məlumatına görə, bunlar yunan-pravoslav kilsəsinin nümayəndəsi Pavel Yazigi və Suriya kilsəsinin nümayəndəsi Qriqori İbrahimdir.
Məlumata əsasən, terrorçu qruplaşma din xadimlərini humanitar fəaliyyətlə məşğul olduqları kənddən oğurlayıb.
Frans Press agentliyi isə keşişlərin Suriya-Türkiyə sərhədi yaxınlığında oğurlandığını bildirir.