Biləsuvar və Lənkəranda yanğın baş verib

Biləsuvar və Lənkəranda yanğın baş verib
# 11 aprel 2013 21:29 (UTC +04:00)

Bakı-APA. Aprelin 11-də respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan yardımçı tikilinin tavanı 5 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Lənkəran şəhərində ümumi sahəsi 230 kv.m olan kommunal tipli yaşayış evində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan birotaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu ev yanğından mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR