Ucarda mal oğurluğu edən şəxs saxlanıb

Ucarda mal oğurluğu edən şəxs saxlanıb
# 26 yanvar 2013 10:44 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucar rayonunda qohumunun heyvanlarını oğurlayan şəxs saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Lək kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Hüseynov Bayram Vaqif oğlu həmkəndlisi və qohumu Cavadov Vüsal Əlisaab oğluna məxsus 3 camışı oğurlayıb. Ucar rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bayram Hüseynov tutularaq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR