Eldar Sabiroğlu: “Baş Prokurorluğun qənaətini şübhə altına almağın heç bir əsası yoxdur”

Eldar Sabiroğlu: “Baş Prokurorluğun qənaətini şübhə altına almağın heç bir əsası yoxdur”
# 09 aprel 2013 12:26 (UTC +04:00)

Bakı - APA. “Bu məsələ ilə əlaqədar istintaq araşdırması gedir. Ona görə də bizim hər hansı müdaxiləmiz doğru qarşılanmaz. Araşdırma bitəndən sonra yəqin ki, həqiqət üzə çıxacaq. Biz buna əminik. Dünən Baş Prokurorluq vətəndaş Cəfərli ilə bağlı mövqeyini açıqladı və qısa da olsa, prosesin gedişatı barədə məlumat verildi. İndi buna irad bildirməyin məntiqi aydın deyil”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq “Ehtiyatda və istefada olan zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərlinin bu gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

E. Sabiroğlu bildirib ki, görünür, onun şəxsi istəyinə uyğun olmayan ifadələr həmin açıqlamada özünə yer tapmadığından şikayətçi razı qalmayıb: “Fikrimizcə, Baş Prokurorluğun qənaətini şübhə altına almağın heç bir əsası yoxdur. Şikayətçi bildirir ki, bu işin sifarişçisi var. Bax bu yerdə mən açıq danışacağam, axı necə deyərlər, hansı təhlükələr və maneələr yaradan fiqurdur ki, ona belə münasibət göstərilsin?..”

Qeyd edək ki, “Ehtiyatda və istefada olan zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən döyüldüyünü iddia edir. O bu gün keçirdiyi mətbuat konfransında istintaq orqanlarının hadisənin araşdırılması istiqamətindəki fəaliyyətini tənqid edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR