Siyəzəndə 100 hektardan çoxdan sahədə güclü yanğın başlayıb - FOTO

Siyəzəndə 100 hektardan çoxdan sahədə güclü yanğın başlayıb - <span style="color: red;">FOTO
# 06 iyul 2014 17:28 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Siyəzən rayonunda güclü yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dənizkarı ümumi sahəsi 300 hektardan çox ərazinin 100 hektarı yanıb. Yanğın hazırda da davam edir. Alovun söndürülməsinə Siyəzənlə yanaşı, Şabran, Xaçmaz, Quba və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin bütün şəxsi heyəti, Sumqayıt şəhərindən 2 yanğınsöndürən maşın, paytaxdan isə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən helikopteri və 50 nəfər canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR