Azərbaycanın milli transliterasiya standartları hazırlanacaq

Azərbaycanın milli transliterasiya standartları hazırlanacaq
# 10 aprel 2013 08:11 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanın milli transliterasiya standartları hazırlanacaq. APA-nın xəbərinə görə, bu, ölkə prezidentinin dünən imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub.

Milli transliterasiya proqramının hazırlanması 2013-2014-cü illər ərzində AMEA tərəfindən həyata keçiriləcək. Milli transliterasiya standartları əsasında Azərbaycan əlif­basından digər əlifbalara transliterasiyanı həyata ke­çi­rən proqram təminatının hazırlanması isə AMEA və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub.

Qeyd edək ki, transliterasiya - bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi, sözün və ya cümlənin bir əlifba qrafiki ilə yazılışının digər əlifba qrafiki ilə yazılmasıdır. Bu zaman hər bir hərf digər əlifbanın hərfi ilə deyildiyi kimi yazılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR