Hacıqabulda oğul atanı bıçaqlayıb

Hacıqabulda oğul atanı bıçaqlayıb
# 08 iyul 2016 17:40 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabulda oğul atasını bıçaqlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bıçaqlanma hadisəsi Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb. Kənd sakini Hənifəyev Vüsal Əhmədağa oğlu atası - 1960-cı il təvəllüdlü Hənifəyev Əhmədağa Şamil oğlunu ailə münaqişəsi zəminində bıçaqlayıb. Yan tərəfindən bıçaqlanan yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR